"Goldenpay" və Asan Könüllülük Məktəb “Zəfər” xeyriyyə layihəsi təşkil edib

11-11-2021 / 18:01

Ölkənin ilk onlayn xidmətlər platforması, Goldenpay/Hesab.az və Asan Könüllülük Məktəbinin təşkilatçılığı ilə Vətən müharibəsinin 1 illik tarixi münasibətilə Şəhid ailələrinə dəstək məqsədli layihə baş tutdu.  

Vətənimizin müdafiəsində şücaət göstərmiş Qəhrəmanlarımızın əziz xatirəsini yad etmək məqsədilə İsmayıllı, Qəbələ və Oğuz rayonlarında Şəhid ailələrinə dəstək göstərildi. Belə ki, 600 mindən çox istifadəçisi olan GoldenPay/Hesab.az, istifadəçilərinə də xeyriyyə kampaniyasında iştirak etmək üçün şərait yaratdı. 1-7 Noyabr tarixlərində keçirilən kampaniyaya əsasən, Hesab.az-da Bonus toplayan istifadəçilər Bonuslarını Şəhid ailələrinə yardım aksiyası üçün ianələr etdilər. 

Aksiyanın yekunlaşması ilə GoldenPay/Hesab.az rəhbərliyi və Asan Könüllülük Məktəbinin əməkdaşlarının iştirakı ilə İsmayıllı, Qəbələ və Oğuz rayonlarında Böyük Vətən müharibəsi Şəhid ailələrinə ərzaq sovqatı paylanıldı. Bu minvalla 93 Şəhid ailəsi ziyarət edildi və Qəhrəmanlarımızın əziz ruhu yad edildi.

GoldenPay/Hesab.az şirkətinin fəaliyyəti və kampaniya haqqında daha ətraflı məlumatı www.hesab.az saytından, *0713 Çağrı Mərkəzindən və ya platformanın rəsmi sosial media səhifələrindən əldə etmək olar. 

Azərbaycanda ən böyük onlayn ödəmələr şirkəti GoldenPay 2007-ci ilin iyul ayında yaradılıb. Şirkət texniki işlərin yekunlaşması, “Visa” və “MasterCard” beynəlxalq ödəniş sistemlərindən müvafiq sertifikatların alınmasından sonra 2008-ci ilin dekabr ayında fəaliyyətə başlayıb. 

2011-ci ilin aprel ayında GoldenPay şirkəti Hesab.az - Azərbaycanın ən böyük onlayn xidmətlər platformasını yaradıb. Hesab.az-da müxtəlif kommunal, stasionar və mobil rabitə, internet, bank kreditlərinin ödənişi, onlayn sığorta, kinoteatra bilet və sair xidmətlərin alışı /ödənişi mümkündür.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə